Misir ordusu ultimatum verdi

Misir ordusu ultimatum verdi
  26 İyul 2013    Oxunub:986
Misir ordusu “Müsəlman qardaşları” hərəkatına “yol xəritəsinə” qoşulmaq üçün 48 saat vaxt verib.
Misir ordusu “Müsəlman qardaşları” hərəkatına ultimatum verib. Misir silahlı qüvvələri hərəkat nümayəndələrinə “yol xəritəsinə” qoşulmaq üçün 48 saat vaxt verib. Bundan başqa ordu bu gün keçirilməsi planlaşdırılan nümayişlərdə iğtişaş yaratmağa cəhd edən hər kəsə atəş açılacağı barədə xəbərdarlıq da edib. Xatırladaq ki, bu gün Qahirə və Isgəndəriyyədə növbəti nümayişlər keçiriləcək. Bu dəfə əhalini polisə və orduya dəstək nümayiş etdirmək üçün küçələrə çıxmağa ölkənin müdafiə naziri çağırıb.

S.Həsənova


Teqlər:  





Xəbər lenti