Braziliyada qar yağıb, 3 nəfər donub

Braziliyada qar yağıb, 3 nəfər donub
  26 İyul 2013    Oxunub:1454
Braziliyada 30 ildə ilk dəfə qar yağıb.
AzVision.az məlumat verir ki, qar ölkənin cənubuna yağıb. San-Paulo şəhərində 2000-ci ildən sonra ən aşağı temperatur - (mənfi) 5,2 dərəcə qeydə alınıb. Bəzi şəhərlərdə temperatur mənfi 8 dərəcəyə düşüb.

Qardan sonra aeroportların fəaliyyəti pozulub, yollar buz bağlayıb. San-Pauloda bir nəfər, Rio-Qrandi-du-Sul ştatında isə iki nəfər donaraq həlak olub. Braziliya küçələrində minlərlə evsiz evakuasiya edilərək müvəqqəti sığınacaqla təmin olunub.



AzVision.az


Teqlər:





Xəbər lenti