İrana qarşı sanksiyalar yumşaldıldı

İrana qarşı sanksiyalar yumşaldıldı
  26 İyul 2013    Oxunub:1142
ABŞ İrana ixrac olunan tibbi avadanlıqlara qoyulan sanksiyaları yumşaldıb.
AzVision.az BBC-yə istinadən məlumat verir ki, ABŞ-ın maliyyə departamenti bildirib ki, elektrokardioqrafiya və dializ avadanlıqları artıq İrana ixrac oluna biləcək. Departamentin məlumatına görə, tibbi avadanlıqların ixracının genişləndirilməsi “qanuni humanitar ticarət”in təmin olunması üçün nəzərdə tutulub.

Xatırladaq ki, Tehranın nüvə proqramından imtina etməsi üçün tibbi avadanlıqların İrana ixrac edilməsinə qadağa qoyulmuşdu. İsrail və bir sıra Qərb dövlətləri İranı nüvə silahı hazırlamaqda ittiham edir. Tehran isə bu ittihamları inkar edərək nüvə proqramının dinc xarakter daşıdığını bildirir.

AzVision.az


Teqlər:  





Xəbər lenti