Prezidentə kobudluq etməyə icazə verildi

Prezidentə kobudluq etməyə icazə verildi
  26 İyul 2013    Oxunub:1151
Fransa parlamenti bu gün ölkə prezidenti barəsində kobudluq üçün məsuliyyəti nəzərdə tutan 1881-ci il qanununun ləğvi üçün səsvermə keçirib.
AzVision.az məlumat verir ki, həmin qanuna görə dövlət başçısına edilən istənilən kobudluq avtomatik olaraq qanun pozuntusu hesab edilirdi. Qanunun ləğvindən sonra isə təhqir edilmiş prezident böhtanı və ya böhtan faktını məhkəməyə müraciət etməklə sübut etməli olacaq.

Qanun insan hüquqları üzrə Avropa məhkəməsinin qərarından sonra qəbul edilib. Fransa prezidenti Nikolya Sarkoziyə ünvanlanan təhqiredici plakatdan sonra nümayişçinin hüquqları pozulmuş və o cərimələnmişdi. Hazırkı Fransa prezidenti Fransua Olland onun üçün işlədilən xoşagəlməz “jele” ləqəbi üçün tənqidçilərini məhkum etmək barədə hələ də düşünmür.

AzVision.az


Teqlər:





Xəbər lenti