Papa narkotikə qarşı çıxdı

Papa narkotikə qarşı çıxdı
  25 İyul 2013    Oxunub:1069
Papa Fransisk Latın Amerikasında narkotikin leqallaşdırılması planlarını tənqid edib.
AzVision.az BBC-yə istinadən məlumat verir ki, papa Fransisk Braziliyaya səfərinin üçüncü günündə narkomanlar üçün klinikanın açılışında iştirakı zamanı bildirib ki, narkotikin yayılmasının qarşısı alınmalıdır.

“Narkotikin yayılmasının kökü araşdırılmalı və gənclər bu barədə maarifləndirilməlidir” – papa vurğulayıb.

Papa Fransisk Latın Amerikasında narkotikin qanuniləşdirilməsi planlarına qarşı çıxıb və narkotik alverini pisləyib. Qeyd edək ki, Uruqvay marixuananın qanuni şəkildə satışını qəbul etməyə yaxındır və növbəti həftə bunun üçün Konqresdə səsvermə keçirəcək. Kolumbiya, Boliviya və Ekvador ölkələri də narkotiklə bağlı qanunu yumşaltmaq üçün addımlar atacaq.

AzVision.az


Teqlər:  





Xəbər lenti