Metroda faciə:1nəfər öldü

Metroda faciə:1nəfər öldü
  25 İyul 2013    Oxunub:1291
Ağır vəziyyətdə xəstəxanaya çatdırılan ustanın həyatını xilas etmək mümkün olmayıb
Türkiyədə metronun eskalatorunu təmir edən işçi faciəvi şəkildə ölüb. Türkiyə mətbuatının yaydığı xəbərə görə, hadisə İstanbul şəhəri “Başak konutları” stansiyasında eskalatorun təmiri vaxtı baş verib. Məlumata görə, bu səhər metrostansiyaya gedən 31 yaşlı usta bir neçə pilləni sökdüyü eskalatoru təmir etməyə başlayıb. Bu vaxt hərəkət etməyə başlayan eskalator ustanı işlədiyi yerdə sıxıb.

Ustanı sıxıldığı yerdən hadisə yerinə cəlb olunan yanğından mühafizə briqadasının xilasediciləri çıxara biliblər. Ağır vəziyyətdə xəstəxanaya çatdırılan ustanın həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı istintaq başladılıb, araşırmalar davam edir.


Teqlər:





Xəbər lenti