Erməni uşaqları niyə zorlanır?

Erməni uşaqları niyə zorlanır?
  24 İyul 2013    Oxunub:2673
Erməni sosioloq: `Ermənistanda uşaqların zorkılığa məruz qalmasının səbəbi həyat səviyyəsinin aşağı olması, tərbiyə mədəniyyətinin olmamasıdır`.
Son zamanlar qonşu Ermənistanda uşaqlara qarşı zorakılıq halları artıb. Buraya zorlanma faktları da daxildir. Artıq həyacan təbilinin səsi qulaq batırır. Hökumət isə hələ də bu səsi eşitmir… Bu barədə AzVision.az erməni mətbuatına istinadən məlumat verir.

“Ermənistanda uşaqlara qarşı fiziki zorakılığın artmasının əsas səbəbi ailələrin tərbiyyəsizliyi və social təminatsızlığıdır”-deyə Ermənistanın Uşaq Yardım Fondu Mərkəzinin direktoru Mira Antonyan erməni ailələrində sadə tərbiyyə mədəniyyətinin olmadığını etiraf edib.

“Apardığımız sorğunun nəticələrinə görə, ölkədə hər üç valideyndən biri, hətta ən xırda səhvinə görə, uşaqlarına nalayiq sözlər deyirlər. Təəssüf ki, bu kimi hallar cəmiyyətimizdə geniş yayılıb və söyüş normal tərbiyyə üsulu kimi qəbul olunur. Ən dəhşətlisi isə uşaqların cinsi zorakılığa məruz qalmasıdır. Əvvəllər, mində bir belə xəbər eşidərdik. İndi isə...İstər ailədə amansızlıq, istərsə də cəmiyyətin üzləşdiyi çətinliklərin qurbanı uşaqlar olur”- Antonyan keçirdiyi mətbuat konfransında bildirib.

O, qeyd edib ki, bəzi valideynlər, hətta uşaqlarının onların yanında “kəlmə kəsməyə belə hünərləri olmadığına”görə fəxr edirlər:

`Bəzən valideyn işgəncəsinə dözə bilməyəən uşaqlar evdən qaçır, bəzənsə çörəkpulu dalınca qaçan ata-anası tərəfindən sahibsiz buraxılırlar. Hər iki halda onlar ya pis yollara düşür, ya da seksual manyakların qurbanı olurlar.problemin kökünü həm də cəmiyyətimizdə axtarmalıyıq`.

Bununla yanaşı o, bildirib ki, bu kimi faktlarla fonda yardımla bağlı müraciət edənlərin əksəriyyəti Yerevan sakinləridir. Bunun əsas səbəbi isə regionlarda həyat şəraitinin acınacaqlı olması ucbatından paytaxta böyük axının səbəbidir. Belə ki, Yerevana iş axtarmaq üçün gələnlər burada da çox böyük çəttinliklərlə qarşılaşırlar, bu da bir çox hallarda uşaqların zorakılığa məruz qalmalarına yol açır.

“Bununla bağlı valideynlərlə uşaqları düzgün tərbiyyələndirmə istiqamətində sistematik iş aparmaq lazımdır. Uşaqlarımızı söyməməli, onları alçatmamalıyıq ”- deyir Antonyan.

Hər halda özü də etiraf etdiyi kimi, problem kirlənmiş erməni cəmiyyətindədir. Onun çirkini yumağa isə heç bir yuyucu vasitə kömək eləməz. Bir-iki nəfəri yuyundurmaqla bütün cəmiyyəti təmizləmək olmayacaq. Çünki zorakılıq onların qanındadır...

Səbinə Həsənova
AzVision.az



Teqlər:  





Xəbər lenti