Almanlar qaçqın düşərgəsinə hücum etdi

Almanlar qaçqın düşərgəsinə hücum etdi
  24 İyul 2013    Oxunub:1266
Alman polisi Arnştadt şəhərində qaçqınların düşərgəsinə hücum edən iki sərxoş əsgəri saxlayıb. Bu barədə “Thüringer Allgemeine Zeitung” yazıb.
Hər iki şübhəli hazırda azadlığa buraxılıb. Onlar barəsində cinayət işi açılıb. Hadisə iyul 21-ində gecə ikən baş verib. 23 və 25 yaşlarında iki hərbçi müxtəlif ölkələrdən olan qaçqınların yaşadığı binaya və arxa həyətinə partlayıcı fişəng atıblar. Bundan başqa, əsgərlər hasarı sındıraraq nəzarət kamerasına ziyan vurub.

Qaçqınlardan biri sərxoş polislərə səs-küy salmamağı xahiş etsə də, bunun müqabilində onlar qaçqına rişxənd edərək nasistlərin istifadə etdikləri əl işarəsini göstəriblər. Həbs olunan polislərin qanında alkoqolun miqdarı 1,05 və 1,44 promilli təşkil edib.

2000-ci ilin sentyabrında Arnştadt şəhərində açılmış qaçqın düşərgəsində 18 ölkədən 65 insan yaşayır. Onların arasında altı yaşdan kiçik olan altı uşaq vardır.

AzVision.az


Teqlər:





Xəbər lenti