500 məhkum həbsxanadan qaçdı

500 məhkum həbsxanadan qaçdı
  24 İyul 2013    Oxunub:998
İraqda Əbu Qreyb və Taci həbsxanalarına həyata keçirilən hücumun nəticələri açıqlanıb.
Məlum olub ki, sözügedən həbsxanalar qarşısında gerçəkləşdirilən partlayışlar və silahlı hücum zamanı 500-ə qədər məhkum dəmir barmaqlıqlar arasından qaçmağa müvəffəq olub. İraqın təhlükəsizlik əməkdaşlarının sözlərinə görə məhkumların əksəriyyəti "Əl-Qaidə" terror təşkilatının üzvləridir.

Onu da qeyd edək ki, bu hücumlar nəticəsində 41 nəfər həyatını itirib. Onlardan 25-i təhlükəsizlik xidməti əməkdaşıdır.

S.Həsənova
AzVisision.az


Teqlər:  





Xəbər lenti