Ərdoğandan növbəti ittihamlar

Ərdoğandan növbəti ittihamlar
  22 İyul 2013    Oxunub:1596
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Qərb ölkələrini imperialist siyasətdə ittiham edib.
O, hakim Ədalət və İnkişaf Partiyasının İstanbulda təşkil etdiyi iftar süfrəsində çıxışı zamanı ilk dəfə olaraq ölkəsinin gələcəyindən narahat olduğunu bildirib. O qeyd edib ki, Qərb Türkiyənin güclənməsini istəmir. "Çoxluq olmaq azlığı yox saymaq anlamına gəlməz. Türkiyənin güclü olmaması üçün əlindən gələni edən imperialist qüvvələr var.

Qərb Türkiyənin güclənməsini qətiyyən istəmir. Biz birlik içində olmasaq, ölkəmizin gələcəyi təhlükə altında olar". Türk baş nazir Misir və Suriya ilə sərhəddə yaşanan hadisələrdən də narahatlığını ifadə edərək bildirib ki, Türkiyə hələ ki, baş verənlərə səbr edir. Lakin bunun da gec-tezi var.

AzVision.az


Teqlər:





Xəbər lenti