Həm zorlandı, həm həbs olundu

Həm zorlandı, həm həbs olundu
  20 İyul 2013    Oxunub:1371
Dubayda iş yoldaşının təcavüzünə məruz qaldığını deyərək polisə müraciət edən norveçli qadın “nikahdan kənar əlaqə” qurmaqda ittiham olunaraq 16 aylıq həbs cəzası alıb.
24 yaşlı Marta Deborak Dalelv təcavüzə məruz qaldığı Dubayda “nikahdan kənar əlaqə” qurmaqda ittiham olunaraq 16 aylıq həbs cəzası aldığını deyir. Norveçdə yayımlanan “VG” qəzetinə açıqlama verən Dalelvin sözlərinə görə, 2011-ci ilin mart ayında Qətərdə dizayn işləri ilə məşğul olan bir şirkətdə iş tapıb, üç ayda bir də işlə əlaqədar Dubaya getməli olub. Mart ayında iş yoldaşları ilə birlikdə yenidən Dubaya gedən Marta və həmkarları gərgin iş günündən sonra yığıncaq keçirmək qərarına gəlib.

Dalelv bu yığıncaqda çox içdiyini, otelə gələndə sərxoş olduğunu görüb iş yoldaşından onu otağına aparmasını xahiş edib. Amma iş yoldaşı onu öz otağına aparıb, zorla içəri salıb. “Səhər oyananda əynimdə heç nə yox idi, üzü üstə yatırdım. Boynumdan tutub boğmaq istədi. Qapı döyüləndə isə səsimi çıxarmamağımı əmr etdi, əşyalarımı götürüb, qaçdım”,-deyə norveçli qadın olanları danışıb.

Dubay polisnə şikayət etdikdə iki saat sorğu-suala tutulan Dalelvin sözlərinə görə həkim ağrı və yaralara rəğmən “təcavüz diaqnozu qoymaqdan çəkinib. Daha sonra həbs olunduğunu, başqa bir məhbusun telefonundan ailəsi və səfirliklə əlaqə saxladığını deyən norveçli qadın spirtli içki içmək, şər atmaq və nikahdan kənar əlaqə qurmaqda ittiham olunaraq 16 aylıq həbs cəzası alıb.

Qərara etiraz edən Dalelv şəxsiyyət vəsiqəsi alındığı üçün sentyabr ayına qədər Dubaydan gedə bilmir.

AzVision.az





Teqlər:  





Xəbər lenti