Yunanıstanda 25 min adam işsiz qalacaq

Yunanıstanda 25 min adam işsiz qalacaq
  18 İyul 2013    Oxunub:1286
Parlamentdə anti-böhran qanunu qəbul edilib
Yunanıstan parlamenti 7 milyard avro kredit alınması üçün tələb olunan anti-böhran tədbirləri barədə yeni qanunu qəbul edib.

Qanunun qəbulu ilə 25 min insan işsiz qalacaq. Qeyd edək ki, böhran əleyhinə tədbirlərdə əsasən dövlət sektorunun əməkdaşları, eləcə də müəllimlər, polis və məmurlar ixtisar olunur. Toplantı binanın qarşısında davam edən etiraz aksiyaları ilə bir vaxtda keçirilib. Minlərlə insan polis kordonunu yararaq parlamentə daxil olmağa cəhd edib.

S. Həsənova
AzVision.az


Teqlər:  





Xəbər lenti