İrandan Ankaraya təhdid dolu açıqlama

  18 İyul 2013    Oxunub : 585
İrandan Ankaraya təhdid dolu açıqlama
İran Parlamentinin Xarici Siyasət və Milli Təhlükəsizlik Komisiyasının təmsilçisi Hüseyn Nəvaki Hüseyni Türkiyənin Misirin “Müsəlman qardaşlar” partiyasını dəstəkləməyə davam edəcəyi təqdirdə böhranla qarşılaşacağını deyib.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Tehranda keçirilən mətbuat konfransında çıxış edən Navaki deyib ki, İranın xarici işlər naziri Əli Əkbər Salehi Ankara səfərindən qayıtdıqdan sonra komissiya üzvləri görüşüb. Toplantıdan sonra Türkiyə, Misir və bölgədəki proseslər barədə fikir mübadiləsi aparılıb:

“Türkiyə hələ də Məhəmməd Mursini dəstəkləyir və yenidən iqtidara gəlməyini istəyir. Halbuki bizim xarici işlər nazirimiz Ankaradakı görüşlərdə bildirib ki, Türkiyə Misir xalqının tələblərini nəzərə almalıdır. Buna bamxayaraq, Ankara Mursini dəstəkləməkdə davam edir. Əgər belə davam etsə, Türkiyə hökuməti böhranla üzləşəcək. İran dəfələrlə bu barədə müzakirələr və dialoqlarda xəbərdarlıq edib”.

Fatimə KƏRİMLİ

Teqlər: