Dünyanın ən nüfuzlu aktrisaları

  18 İyul 2013    Oxunub : 616
Dünyanın ən nüfuzlu aktrisaları
Siyahıya Ancelina Coli başçılıq edir
Forbes jurnalı dünyanın ən nüfuzlu aktrisalarının siyahısını açıqlayıb. Siyahı tərtib olunan zaman aktrisaların gəlirləri, onların kinostudiya layihələrində iştirakı, şəxsi uğurları və ictimai fəaliyyəti nəzərə alınıb.

Forbesə görə, dünyanın ən nüfuzlu aktrisası Ancelina Colidir. Onun Cennifer Lourens və Cennifer Eniston izləyir. Ancelino Coli sonuncu dəfə 2010-cu ildə «Turist» filmindəki rolu ilə ekranlarda görünsə də, bu ona 2013-cü il Hollivudun ən nüfuzlu qadını olmağa mane olmayıb.

Qeyd edək Coli həm də BMT-nin xoşməramlı səfiridir. O, dəfələrlə üçüncü dünya ölkələrinə səfərlər təşkil edərək onların problemləri ilə yaxından maraqlanır.

S.Həsənova
AzVision.az

Teqlər: