Azərbaycan ən çox silah alan ölkələr arasında

  18 İyul 2013    Oxunub : 783
Azərbaycan ən çox silah alan ölkələr arasında
Azərbaycan yalnız Hindistan, Əlcəzair və Vyetnamdan geridə qalır.
2012-ci ildə Rusiya ilə regional hərbi ticarətdə Azərbaycan 5% pay ilə 4-cü yeri tutub. Bu barədə nüfüuzlu “Voenno-Promışlennıy kuryer”(“Hərbi-sənaye kuryeri”) qəzetində dərc olunan mühasibat uçotunda bildirilir.

Ümumilikdə isə Rusiyadan silah idxalına görə ilk üçlükdə 40% pay hesabı ilə Hindistan, 14%-lə Əlcəzair, 10% -lə isə Vyetnam qərarlaşıb. Növbəti üç yeri isə hər biri 5% pay hesabı ilə Çin, Azərbaycan və Venesuella bölüşür.

Məlumata görə, 2012-ci ildə Rusiya sifarişlərə əsasən 1 milyard 444 milyon dəyərində vertolyotlar satıb. Ötən il Rusiya Hindistana -27(440 milyon dollara), Azərbaycana-16, Əfqanıstana-12 ( 214 milyon dollara) Mi-17B-5 vertolyotları, eləcə də Koreya Xalq demokratik Respublikasına -8, Misirə-6, Meksikaya-3, Cənubi Sudana-2 Mi-8/17.12 vertolyotları satıb. Qeyd olunur ki, Azərbaycanın aldıqlarından 12-si Mi-35M modelli vertolyotlardır.

Bununla yanaşı, bildirilir ki, ötən gün Rusiya Venesuellaya 16 BMP-3, 30-DTR-80A, Qazaxıstana-30 BTR-82, Banqladeşə-20 BTR-80A, Monqolustana -40 BTR-70M, Azərbaycana-BTR-80/80A, Küveytə-BMP-3 və Konqoya- QAZ-2230 “Tiqr” satıb.

Ötən il Azərbaycan, Əlcəzair, Hindistan və Vyetnama gəmi əleyhinə raketlər də ixrac edilib.

Azərbaycanın Rusiyadan bir neçə yüngül zirehli “Skorpion-LŞ, və Skorpion-LŞA-B” avtomobiləri aldığı da bildirilir.

BMT-nin adi silahlanma ilə ilə bağlı hesabatında isə qeyd olunur ki, 2012-ci ildə Rusiya Azərbaycana 18 iri kalibrli artileriya sistemi (MCTA-C), 200 zenit-raket sistemi və onlar üçün 1000 raket ixrac edib.

Səbinə Həsənova
AzVision.az

Teqlər: