Polşada halal ət qadağan olundu

Polşada halal ət qadağan olundu
  16 İyul 2013    Oxunub:1337
Polşada müsəlman və yəhudi dini ayinlərinə uyğun olaraq ət kəsilməsi qadağan olunub.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, adı çəkilən qanun layihəsi Polşada parlamentində qəbul olunub.

ABŞ-dakı yəhudi lobbisinin rəhbəri Avram Foksman qərara etiraz edib: “Bu qərar dini azadlığa açıq-aydın mane olur və Polşa yəhudilərinin gələcəyinə zərbə vurur. Bu qərar Polşa yəhudiləri qarşısında 3 seçim qoyur; ya dini qaydalara əməl etməməlidirlər, ya ət yeməməlidirlər, ya da ki, ölkəni tərk etməlidirlər”.

Polşa Konstitusiya Məhkəməsi 2012-ci ilinn noyabrında qəbul etdiyi qərarla heyvanların keyidilmədən kəsilməsinə görə həmin şəxslər “heyvana işgəncə verərək yaralamaq”da ittiham olunaraq cinayət məsuliyyətinə cəlb ediləcək.

Avropa Birliyi isə müsəlman və yəhudi dini ayinlərini istisna etməklə halal ət kəsiminə icazə verir.

Fatimə Kərimli



Teqlər:





Xəbər lenti