Obama Buşa mükafat verdi-VİDEO

  16 İyul 2013    Oxunub : 506
Obama Buşa mükafat verdi-VİDEO
Ata Corc Buş “İşıq məntəqələri Vəqfi”nin mükafatına layiq görülüb
ABŞ prezidenti Barak Obama, sabiq prezident ata Corc Buşa “İşıq məntəqələri Vəqfi”nin xeyriyyəçi insanlara verdiyi mükafatı təqdim edib. Mərasimə oğul Corc Buşun qatılmaması diqqət çəkib. Obama mərasimdəki çıxışında Buşun xeyriyyəçilik fəaliyyətlərindən bəhs edib. O, ABŞ-ın xidmət edən insanlar sayəsində daha yaxşı və güclü bir mövqeyə yüksəldiyini bildirib. Həyatda olan ən qoca sabiq ABŞ prezidenti olan 89 yaşlı Buş qurucusu və hələ də fəxri rəhbəri olduğu vəqfin özünə layiq gördüyü mükafata görə məmnuniyyətini dilə gətirib.



AzVision.az

Teqlər: