Putin gəmi axtarışında - FOTOLAR

Putin gəmi axtarışında - FOTOLAR
  16 İyul 2013    Oxunub:1345
Rusiya prezidenti Vladimir Putin Rusiya çarı II Aleksandrın 1869-cu ildə batmış gəmisinin axtarışına çıxıb.
AzVİsion.az xarici mətbuata istinadən xəbər verir ki, prezident bu məqsədlə Baltik dənizinə gedib. O, dünyanın ilk “sualtı mini limuzini” kimi tanınan 5 nəfərlik C-Explorer-5 ilə dənizin 60 metr dərinliyinə enib. Axtarışa çıxanlar 12 dəqiqədən sonra gəminin qalıqlarına çatıb və onun içinə və silahlara çox ziyan dəymədiyini görüblər.

Hazırda arxeoloqlar “Oleq” adlı həmin gəmi üzərində araşdırma aparırlar. Gəmi Sankt-Peterburqun 180 kilometr qərbində dənizin dibindədir.

Qeyd edək ki, hərbi təyyarə sürən, Sibir pələngi ovlayan və ağ ayılar üzərində elmi tədqiqat aparan Putin bundan əvvəl də dalğıclıq edib.
O, 2011-ci ilin avqust ayında Azov dənizinə enib və oradan tarixi əsərlər çıxarıb. Amma sonradan Kremlin mətbuat xidməti etiraf etmişdi ki, Putinə görə həmin tarixi əsərlər ora sonradan qoyulub.

F.Kərimli

Qalereya




Teqlər:





Xəbər lenti