“Altılıq” İranın nüvə problemini müzakirə edəcək

  16 İyul 2013    Oxunub : 315
“Altılıq” İranın nüvə problemini müzakirə edəcək
Danışıqlar Brüsseldə baş tutacaq.
İyulun 16-da Brüsseldə İranın nüvə proqramı üzrə beynəlxalq vasitəçilər altılığının növbəti danışıqlara başlayacağı gözlənilir.

Avropa diplomatiyasının rəhbəri Maykl Manın sözlərinə görə Fransa, Böyük Britaniya, Almaniya, Rusiya, ABŞ, və Çinin təmsil ounduğu altılıq İranın nüvə probleminin həlli istiqamətində atılacaq addımları müzakirə edəcəklər. Rusiyanı danışıqlarda xarici işlər nazirinin müavini Serqey Ryabkov təmsil edəcək.

Xatırladaq ki, İranla “altılıq” arasında sonuncu danışıqlar cari ilin aprel ayının əvvəlində Alma-atada keçirilib.

Qeyd edək ki, İran, ittiham edildiyi kimi nüvə proqramından silah istehsal etmək üçün deyil, enerji məqsədilə istifadə etdiyini iddia edir.

Səbinə Həsənova
AzVision.az

Teqlər: