Misirdə aləm yenə qarışdı - VİDEO

  16 İyul 2013    Oxunub : 435
Misirdə aləm yenə qarışdı - VİDEO
Qahirədə etirazçılarla polis arasında qarşıdurma baş verib.
AzVision.az BBC-yə istinadən məlumat verir ki, hakimiyyətdən devrilmiş prezident Məhəmməd Mursi yüzlərlə tərəfdarı ilə polis arasında çaxnaşma baş verib. Polis etirazçıların qarşısını almaq üçün gözyaşardıcı qazdan istifadə edib.

Qarşıdurma iyulun 15-də gecə saatlarında Qahirədə başlayıb və bir sıra şəhərlərə yayılıb. Nəticəsində 24 nəfərin yaralandığı bildirilir.

Qeyd edək ki, prezident Məhəmməd Mursi devrildikdən sonra Misirdə müntəzəm olaraq qarşıdurma baş verir. İyulun 8-də baş verən etirazda 53 Mursi tərəfdarı, 4 polis ölmüşdü.



AzVision.az

Teqlər: