Bakı beynəlxalq festivala hazırlaşır

Bakı beynəlxalq festivala hazırlaşır
  15 İyul 2013    Oxunub:1348
İyulun 24-dən etibarən iki həftə ərzində Heydər Əliyev Fondunun daha bir möhtəşəm beynəlxalq layihəsi - ənənəvi V Qəbələ Beynəlxalq Musiqi festivalı keçiriləcək.
Bu barədə AzVision.az-a Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib.

Festivalda Azərbaycandan və xarici ölkələrdən görkəmli musiqiçilər, bədii kollektivlər, solistlər, dirijorların qatılacağı bildirilib.
Həmçinin, festivalda Rusiya, Türkiyə, Böyük Britaniya, ABŞ, İtaliya, Fransa, Koreya, İsrail, Litva, Kuba, Qazaxıstandan dünya şöhrətli dirijorlar, musiqiçilər və kollektivlər - Yerusəlim Simfonik Orkestri, Yuri Başmet və "Yeni Rusiya" simfonik orkestri, Aleksandr Solovyov, Hee Youn Choue, Mixail Qutman və başqaları iştirak edəcəklər.

AzVision.az


Teqlər:





Xəbər lenti