İyulun 15-dən siqaretin qiyməti qalxacaq
Məlumatda bildirilir ki, tütün məmulatlarına qoyulan yeni əlavə dəyər vergisi siqaretlərin satış qiymətinə təsir göstərəcəkdir. Siqaret aludəçiləri iyulun 15-dən bir qutu siqaret üçün əlavə 40 sent ödəməli olacaqlar.
Nazirlik Avropanın digər ölkələri ilə müqayisədə Fransada siqaretlərin qiymətinin baha olduğunu təsdiqləyib.
Xatrladaq ki, 2012-ci il noyabr ayında siqaretlərin qiyməti 10 faiz artırılıb.