Pentaqon ittiham edildi

Pentaqon ittiham edildi
  11 İyul 2013    Oxunub:1179
Pentaqon boş məsrəflərə görə ittiham olunub.
Pentaqon Əfqanıstanın bərpası üzrə Hilmend əyalətində bahalı binanın tikintisi üzrə araşdırma aparıb. AzVision.az NBC News-ə istinadən bildirir ki, bina tikildikdən sonra istifadəyə verilməyib.

Yoxlama nəticəsində əldə olunan məlumata görə, yerli komandanlığın tikintidən imtina etməsinə baxmayaraq, ABŞ ordusu regional cənub-qərb qərargahının tikintisinə 34 milyon dollar xərcləyib. Bina texniki imkana malik olmadığı üçün əfqan hakimiyyətinə o dərəcədə əhəmiyyət kəsb etməyib.

Pentaqon bu barədə açıqlama verməyib, lakin məsələnin araşdırıldığı bildirilib.

AzVision.az


Teqlər:





Xəbər lenti