Səddam Hüseynin qardaşı öldü

Səddam Hüseynin qardaşı öldü
  09 İyul 2013    Oxunub:1347
Səddam Hüseynin qardaşı İraqda xərçəng xəstəliyindən vəfat edib.
AzVision.az The Huffington Post-a istinadən məlumat verir ki, Səddam Hüseynin ögey qardaşı Səbəvi İbrahim əl-Həsən Bağdad xəstəxanasında xərçəng xəstəliyindən ölüb. Ədliyyə nazirinin müavini bildirib ki, həbsxanada olan əl-Həsənin vəziyyəti pisləşdiyindən o xəstəxanaya yerləşdirilib. 66 yaşlı əl-Həsənin cəsədi ailəsinə veriləcək.

2003-cü ildə ABŞ-ın müdaxiləsindən sonra əl-Həsən Suriyaya qaçıb. Lakin iki ildən sonra – 2005-ci ildə Suriya hökuməti onu İraqa deportasiya edib. Həmin ilin fevralında o, Suriyadan İraqdakı Səddam tərəfdarlarına maliyyə yardımı göstərməkdə ittiham olunub.

Xatırladaq ki, Əl-Həsən 1991-ci ildə təhlükəsizlik xidmətinin rəhbəri olub.

AzVision.az


Teqlər:





Xəbər lenti