Prezidentin təyyarəsi yandı

Prezidentin təyyarəsi yandı
  08 İyul 2013    Oxunub:1703
Somali prezidentinin təyyarəsi yandığı üçün o təcili eniş etməli olub.
Somali prezidenti Həsən Şeyx Mahmudu daşıyan təyyarə Moqadişi şəhərində təcili eniş edib. AzVision.az BBC-yə istinadən məlumat verir ki, təyyarənin mühərrikindəki nasazlıq onun yanmasına gətirib çıxarıb.

Həsən Şeyx Mahmudun sözçüsü bildirib ki, mühərrikin funksiyasını dayandırmasının səbəbi məlum deyil. Qəza nəticəsində prezidentə xəsarət dəymədiyi məlumat verilib. Baş verən yanğını söndürmək üçün qəza yerinə yanğınsöndürənlər cəlb olunub.

AzVision.az


Teqlər:





Xəbər lenti