Yeni baş nazir təyin edildi

Yeni baş nazir təyin edildi
  08 İyul 2013    Oxunub:1109
Misirdə devrilmiş prezidentin tərəfdarları ilə əleyhdarları arasında qarşıdurma səngimək bilmir
Misirin devrilmiş prezidenti Məhəmməd Mursinin tərəfdarları ilə əleyhdarları arasındakı etiraz dalğası istirahət zonalarına da çatıb. Hər iki düşərgənin nümayəndələri Xurqadda aksiya keçiriblər. Mursinin tərəfdarları eyni zamanda ABŞ əleyhinə şüarlar da səsləndirərək Obamanı terrorizmə dəstəkdə ittiham ediblər. Lakin aksiyanın dinc şəkildə keçdiyi bildirilir.

Paytaxt Qahirədə isə vəziyyət fərqli olub. Burada Mursinin tərəfdarları hava limanına gedən yolu bağlayıblar. Təhrir meydanında da iğtişaşlar səngimək bilmir. İsgəndəriyyədə baş verən qarşıdurmalarda isə 50 nəfər həbs olunub.

Bu arada Misirin yeni baş nazirinin kimliyi müəyyənləşib. Bu posta hesablama palatasının sabiq rəhbəri, sosial-demokrat Ziyad Baha əd-Dinin namizədliyi irəli sürülüb. Baş nazir vəzifəsindən imtina edən MAQATE-nin sabiq rəhbəri Məhəmməd Əl Baradeyinin isə vitse-prezident olacağı gözlənilir.

Məhəmməd Mursinin oğlu Usamə Məhəmməd isə Qahirədə sabiq dövlət başçısının on minlərlə tərəfdarı qarşısında çıxış edərək atasını mətanətli olmağa çağırıb.

Səbinə Həsənova
AzVİsion.az



Teqlər:





Xəbər lenti