Fransa kəşfiyyatı da interneti izləyir

Fransa kəşfiyyatı da interneti izləyir
  06 İyul 2013    Oxunub:1313
Fransa da elektron izləmədə ittiham olunur. “Le Monde” nəşrinin jurnalistlərinin məlumatına görə, Fransanın izləmə sistemi ABŞ-ın PRISM proqramı ilə müqayisə oluna bilər. Fransada telefon danışıqlarını dinləyən təxminən 20 stansiya işləyir.
Qəzetin yazdığına görə, kəşfiyyat “Google”, “Facebook”, “Microsoft”, “Apple”, “Yahoo!” şirkətlərinin serverləri vasitəsilə informasiya axınını izləyir. Bütün məlumatlar nəhəng superkompyuterdə toplanır.

“Le Monde” yazır ki, məlumat bazasındakı informasiyadan istifadə edən müstəntiqlər “anonim mənbələrdən” məlumat aldıqlarını bildirirlər.

“Le Monde”nin jurnalisti “Fransızsayağı “böyük qardaş” sərlövhəli məqalədə yazır: “Fransanın baş xarici təhlükəsizlik idarəsi milyonlarla abonentin telefon danışıqlarını dinləyir, elektron məktubları, SMS-məlumatları, faksları, habelə Şəbəkədə istənilən fəallığı yoxlayır”. Nəşrin yazdığına görə, ABŞ-ın izləmə sistemindən hiddətlənən Fransa siyasətçiləri öz kəşfiyyatının iş sxemlərinə yaxşı bələddirlər.


Teqlər:





Xəbər lenti