Misirdə hakimiyyət çevrilişinin səbəbləri

Misirdə hakimiyyət çevrilişinin səbəbləri
  05 İyul 2013    Oxunub:1165
`Misir ordusu:nümayişçilərə qarşı güc tətbiq olunmayacaq`.
Misirin ordu komandanlığı siyasi qüvvələrə və nümayişçilərə qarşı güc tətbiq etməyəcəyinə söz verib. Həmçinin hərbçilər milli təhlükəsizlik üçün təhlükə yaratmazsa, dinc etiraz aksiyalarının keçirilməsinə məhdudiyyət qoymayacaqlarını bildiriblər.

Belə ki, bu gün ölkədə Məhəmməd Mursi tərəfdarları kütləvi aksiyalar keçirirlər. Cümə ibadətindən sonra yüz minlərlə insan küçələrə çıxaraq sabiq dövlət başçısına dəstək nümayiş etdirir. Artıq Gizədə qarşıdurmalar qeydə alınıb.

Bundan başqa Sina yarımadasında hərbi keçid məntəqələrinə 3 silahlı hücum təşkil olunub. İnsident zamanı 1 nəfərin öldüyü, 3 hərbçinin isə yaralandığı bildirilir.

Müsəlman qardaşları təşkilatının 35 üzvünə isə ölkəni tərk etmək barədə qadağa qoyulub. Bu arada Misirin «Təmərrud» hərəkatı baş nazir vəzifəsinə Atom Enejisi üzrə Beynəlxalq Agentliyin sabiq rəhbəri Məhəmməd əl-Baradeinin namizədliyini irəli sürüb.

Ötən gün and içdikdən sonra müvvəqqəti olaraq dövlətin başına keçən Misir Ali konsitusiya məhkəməsinin sədri Ədli Mənsur isə ölkədəki bütün siyasi qüvvələri əməkdaşlığa səsləyib. Müsəlman qardaşları bu təklifi rədd edib. Bu səbəbdən də keçid hökumətinin formalaşdırılması üzrə keçirilən müzakirələr onların iştirakı olmadan başladılıb.

Ədli Mənsurun hökumət qurma cəhdlərinə başlamasından sonra keçmiş hökumətdəki 9 nazir çevrilişə etiraz edərək, istefaya gedib. Dünya ölkələrini Misirdəki proseslərə münasibəti isə birmənalı olmayıb. Belə ki, Yəməndə dövlət başçısı yeni təyin olunan müvvəqqəti prezidenti təbrik etdiyi halda, yəmən birlik partiyası ordunun çevriliş etməsini kəskin tənqid edib.

Ərəb Dövlətləri liqasının baş katibi Nabil əl-Ərəbi ordunun hakimiyyəti ələ keçirməsini Misir xalqının tarixi qələbəsi kimi qiymətləndirib. Misirdə hadisələrin gedişatından dərin narahatlıq keçirdiyini deyən NATO baş katibi Anders Foq Rasmussen isə zorakılığa son qoymağa və insan haqlarını qorumağa çağırıb.

Almaniyanın Kansleri Angela Merkel də Misirdəki proseslərin ciddi narahatlıq doğurduğunu bildirib. Misirin dövlət qəzeti EL Ahramın məlumatına görə, ordu Mursini həbs etməmişdən öncə ona sürgün olunmasını, ölkəni tərk edərək yaxın əlaqələri olan Türkiyə, Qətərə, ya da Yəmənə getməyi təklif edib.

Mursi isə bu təklifləri rədd edərək, istefaya getməkdən imtina edib. Əl Ərəbiya agentliyi isə Mursinin prezidentliyi dövründə harada və nədə hansı səhvləri etdiyini araşdırır. Qəzet dövlət başçısının əsas səhvinin Müsəlman qardaşlarının maraqlarını müdafiə etməkdə görür. Bundan başqa hərbçilərlə münasibəti korlayaraq, məhkəmə hakimiyyətini sıxışdırmaq və jurnalistlərə qarşı təqib başlatması onun əsas yalnışlarından hesab olunur.

Onun nüfuzdan düşməsində uğursuz xarici siyasəti də mühüm rol oynayıb. New York Times isə bütün bu hadisələrin fonunda müvəqqəti olaraq prezident səlahiyyətlərini icra edən Ədli Mənsurun şəxsiyyətini öyrənir. Ərəb mətbuatında o “müəmmalı şəxsiyyət” adlandırılır. Mənsur eyni zamanda münaqişələri sevməyən, kompromis tərəfdarı olan savadlı hüquqşünas kimi diqqətləri cəlb edir. Lakin onun nominal lider olacağı, hakimiyyəti isə əslində ordunun idarə edəcəyi bildirilir.

Səbinə
AzVision.az



Teqlər:  





Xəbər lenti