Snoudenə evlilik təklifi gəldi

Snoudenə evlilik təklifi gəldi
  04 İyul 2013    Oxunub:1452
Amerikanın Milli Təhlükəsizlik Agentliyinin (MTA) keçmiş kəşfiyyatçısı Edvard Snoudenə gözlənilməz evlilik təklifi edilib.
AzVision.az rus mətbuatına istinadən məlumat verir ki, Rusiya xüsusi xidmət orqanının keçmiş əməkdaşı Anna Çapman axtarışda olan Snoudenə evlilik təklifi edib.

“Snouden, mənimlə evlənərsənmi?” – 31 yaşlı Çapman ingilis dilində Twitter səhifəsində yazıb. Qeyd edək ki, 2010-cu ilin iyununda ABŞ-da Çapmanla bağlı casus qalmaqalı baş vermişdi. Casusluq etdiyinə görə “qızıl kəşfiyyatçı” ləqəbli Çapman Nyu-Yorkda tutularaq ölkəsinə göndərilmişdi.

ABŞ-ın məxfi materiallarını yayan 30 yaşlı Snouden artıq iki həftədir ki Moskvanın “Şeremetyevo” aeroportunun tranzit zonasında gizlənir. O, sığınacaq verilməsi üçün 21 ölkəyə müraciət edib. Amma hələ heç bir ölkədən ona siyasi sığınacaq təklifi gəlməyib.

AzVision.az


Teqlər:





Xəbər lenti