Britaniyanın “varis planı”

Britaniyanın “varis planı”
  04 İyul 2013    Oxunub:1348
Bukinqem sarayının həsrətlə gözlədikləri tarix iyulun 11-də yetişir. Saray həkimlərinin hesablamalarına görə, həmin tarixdə Britaniya taxt-tacının varisi məlum olacaq.
AzVision.az xarici mətbuata istinadən məlumat verir ki, sarayda hadisələrin gələcək inkişafı barədə müxtəlif ssenarilər üzrə plan hazırlanıb. “Taktik plan” şahzadə Uilyamla Kembric hersoginyası Keyt Middltonun övladının – taxt-tac varisinin doğumu ilə başlayıb. Beləki, bu məsələ üzərində kraliça II Yelizavetanın iki şəxsi ginekoloqu başda olmaqla böyük həkim komandası məşğul olur.

Qeyd edək ki, əvvəllər Britaniya mətbuatına Middltonun səhhətindəki problemlər barədə məlumatlar sızmışdı. Həkimlərin proqnozlarına görə uşağın dünyaya gəlməsi iyulun 11-dən bir neçə gün sonra baş verə bilər. Ləngimə təxminən 5 gün çəkə bilər. Middlton Londonun Müqəddəs Mariya xəstəxanasına yerləşdiriləcək. Uşaq doğulan kimi Bukinqem sarayından xüsusi carçı bunu elan edəcək. Bundan başqa, bütün ingilis kilsələrində zənglər çalınacaq, bayraqlar asılacaq və salyut atılacaq.

AzVision.az


Teqlər:





Xəbər lenti