Mursinin həbs olunduğu an - VİDEO

Mursinin həbs olunduğu an - VİDEO
  04 İyul 2013    Oxunub:1175
Misir ordusu hakimiyyətdən devrilmiş prezident Məhəmməd Mursini həbs edib.
AzVision.az-ın Reuters-ə istinadən verdiyi məlumata görə, Mursi “Müsəlman Qardaşları” partiyasının liderləri ilə birgə Qahirədəki hərbi obyektdə tutulub. Eyni zamanda partiyanın 300 üzvü saxlanılıb. “Müsəlman Qardaşları”nın sözçüsü Essam əl-Həddad bildirib ki, Mursi Müdafiə Nazirliyinə aparılıb.

Qeyd edək ki, BMT, ABŞ və digər dövlətlərinin heç biri Mursinin hərbi çevriliş nəticəsində devrilməsini ittiham etməyib. Bunu etmək üçün isə sanksiyalar tətbiq etmək lazım gələcək. Ordunun müdaxiləsi liberal liderlər və din xadimləri daxil olmaqla milyonlarla misirli tərəfindən dəstəklənib.



AzVision.az


Teqlər:  





Xəbər lenti