Baş köçürmək mümkün olacaq

Baş köçürmək mümkün olacaq
  03 İyul 2013    Oxunub:1916
Alimlər insan başının transplantasiyasının mümkünlüyünü bildiriblər.
1970-ci illərdə başın transplantasiya olunması heyvanlar üzərində sınaqdan keçirilmişdi. AzVision.az USA Today-ə istinadən məlumat verir ki, ilk dəfə meymunun başının transplantasiyası uğurla həyata keçirilib. Beləki, meymun əməliyyatdan bir neçə gün sonra yaşayıb. Lakin heç kəs bir insanın başını digərinə transplantasiya etməyə cürət etməyib. Transplantasiya olunan onurğa beyninin funksiyasını təyin etmək o zaman çətin idi. Ona görə də, baş ilə boyunun birləşdiyi yer iflic olurdu.



Bu yaxınlarda italiyalı nevroloq 70-ci illərin metoduna əsaslanaraq bir insanın başının digərinə transplantasiya olunmasının mümkünlüyünü bildirib. Həkim Serxio Kanaveronun sözlərinə görə, transplantasiya prosesində hər iki xəstə cərrahiyyə şəraitində olmalıdır. Sonra transplantasiya olunacaq baş 12 - 15 dərəcə Selsidə soyudulur. Əməliyyat zamanı hər iki baş eyni anda və cəld birləşdirilir. Birləşdirmə prosesində donor orqan da soyudulmalı və ürək sistemi dayandırılmalıdır. Baş birləşdirildikdən sonra ürək sistemi, onurğa beyni daxil olmaqla digər mühüm orqanların fəaliyyəti təmin olunur.

Başın transplantasiyası prosesində yeni orqandan istifadə olunduğuna görə baha – təxminən 13 milyon dollara başa gəlir.

AzVision.az


Teqlər:





Xəbər lenti