Sanksiyalar nüvə məsələsini mürəkkəbləşdirəcək

Sanksiyalar nüvə məsələsini mürəkkəbləşdirəcək
  02 İyul 2013    Oxunub:1094
ABŞ-ın yeni sanksiyaları nüvə məsələsinin həllini çətinləşdirəcək.
AzVision.az Reuters-ə istinadən məlumat verir ki, İran ABŞ sanksiyalarına ciddi əhəmiyyət verməsə də, onun nüvə məsələsinin həllinə maneə olacağını bildirib.

Dünən qüvvəyə minən yeni sanksiyalar İran ticarətini - avtomobil sektorunu, İrana qızıl satışı və yerli valyutanı - rialı idarədə saxlamaqla Tehranın nüvə proqramının qarşısını almaq üçün tətbiq olunub.

Xatırladaq ki, son illərdə Qərb ölkələri İranın nüvə texnologiyasını inkişaf etdirməsi barədə iddialar irəli sürsə də, Tehran bu iddianı həmişə rədd edib.

“Şübhəsiz ki, sanksiyalar “sındırıcı” siyasətdir. Biz Amerika və sanksiyaları dəstəkləyən digər dövlətlərin nə üçün bu cür siyasətə əl atdıqlarına təəccüb edirik” – Xarici İşlər Nazirliyinin sözçüsü Abbas Araqçı bildirib.

Araqçının sözlərinə görə, sanksiyaların götürülməsi İrana etimad kimi qəbul olunacaq və nüvə məsələsinin həllində müsbət rol oynayacaq. Sanksiyaların artması heç bir nəticə verməyəcək, əksinə məsələnin həllini daha da mürəkkəbləşdirəcək.

AzVision.az


Teqlər:





Xəbər lenti