“Xoşbəxt günlərimizə görə Böyük Sərkisyana təşəkkür edirik”

 “Xoşbəxt günlərimizə görə Böyük Sərkisyana təşəkkür edirik”
  02 İyul 2013    Oxunub:1144
Sərkisyan hökumətindən narazı ermənilər qiymət artımından narazıdırlar.
Bu gündən ermənilər qazdan istifadəyə görə daha çox pul ödəcəyəcəklər. Əgər əvvəllər qazın 1 kub metri 132 dram idisə, hazırda tariflər artaraq 156 dram olub. Qara camaat üçün qazın qiyməti 18.1%, iri istehlakçılar üçün isə 13.9% artıb.

İyulun 7-dən etibarən elektrik enerjisinin qiyməti də artacaq. 1kVt/s elektrik enerjisi üçün gündüz tarifi 38 dram, gecə tarifi isə 28 drama bərabər olacaq. Aydındır ki, bu artım digər xidmətlərin, eləcə də ərzağın qiymətinin bahalaşmasına gətirib çıxaracaq.

Bir sıra məlumatlı siyasi mənbələr iddia edirlər ki, ölkədə rüşvət və yeyintilərin həcmi də artacaq ki, bu da dolayı yolla bahalaşmaya səbəb olacaq.

Əksəriyyəti səfil həyat tərzi keçirən ermənilər isə hazırda düşdükləri vəziyyətə baxanda keçmiş günlərinə görə şükr edirlər. Sanki qəflət yuxusundan ayılan ermənilər, onları bu vəziyyətə salanı, dövlət büdcəsini göz görə-görə çapıb-talayanı yavaş-yavaş tanımağa başlayıbar.

Xüsusi dövlət sirlərini nəzərə almasaq Ermənistanın dövlət büdcəsinin hazırki vəziyyəti hər kəsə məlumdur (cəmi 3 milyard dollar-red.). Prezident sarayında axırıncı dəfə keçirilən toplantı növbəti dəfə təsdiq etdi ki, büdcə vəsaitlərin qeyri-düzgün istifadə edilmir və bunun arxasında duran “Böyük Dayaq” var. Yəni baş nazir Tiqran Sərkisyan, özbaşına heç nə etmir. Xaricdə qəpik quruşa olan şeyləri üçqat baha almağa məcburdur.

Xatırladaq ki, bir müddət əvvəl çıxışlarının birində Serj Sərkisyan qeyd etmişdi “kağız-kuğuz, sənədlər boş şeydir, əsas odur ki, büdcə vəsaitləri “düzgün” həyata keçirilsin. Bu sözlərdən sonra elə bil ermənilər yuxudan ayıldı, hər kəs başa düşdü ki, hökumətin xaricdən aldıqlarının qiyməti düşməyəcək.

Bunula yanaşı, Serj Sərkisyan dövlət büdcəsindən xərcləyən orqanları qonaqlıq və ölkəyə gələn nümayəndələr üçün xərclənən pullar barəsində yazılan yazılar görəndə təşvişə düşməməyə çağırıb.

“ 2-3 gündən sonra mətbuat “300 min dram filan qonaqlığa xərcləndi, 700 min dram buna getdi, filan qədər ona getdi deyə yazılar yazırsa narahat olmaq lazım deyil. Vəsaitlər məqsədlərimizə, və proqrama uyğun olaraq xərclənilir. Heç nəyi gizlətmirik,hər şey düzgün qaydada həyata keçirilir. Burada nə problem var ki? Biz hansısa nümayəndə heyətinə 1 milyon xərcləyiriksə, və sonra bizim haqqımızda 1 milyon xərclədilər yazırlarsa yazsınlar, biz ki heç nəyi gizlətmirik?!”-deyə Sərkisyan bildirib.

Bir sözlə Sərkisyanın dediklərindən belə çıxır ki, ölkənin baş naziri baş naziri simiclik etməməli, Nəzarət Palatası büdcənin talalanması sirlərini açıb tökməməli, prokurorluq isə baş nazirin rüşvətxorluğunu ifşa etməməlivə offşoru unutmalıdır.

Ermənistan vətəndaşları isə ədəb-ərkanla qaz, işıq pulu və s. ödəməlidir. Əks halda kəsərlər!

Ədalət xətrinə onu da deyək ki, cəmiyyəti “yükləməklə” yanaşı hökumət qara camaata az da olsa yardım əlini uzadıb. Bu gündən Ermənistanda minumum əməkhaqqı 35 min dramdan 45 min drama qaldırılıb. Bu artım qara ermənilərin həyatında heç nəyi dəyişməyəcəksə də, Ermənistan hökumətinin “təkcə özünü düşünmədiyini” göstrərir. Başqa sözlə desək, Ermənistan hökuməti təkcə vergi yığıb, rüşvət alıb və işığın qiymətini qaldırmır. O, həm də xalqını düşünür. Buna görə erməni xalqı “Boyük Sərkisyana” minnətdardır.

Səbinə Həsənova
AzVision.az



Teqlər:  





Xəbər lenti