Misirdə böhran: Mursi ordunun ultimatumunu rədd etdi

Misirdə böhran: Mursi ordunun ultimatumunu rədd etdi
  02 İyul 2013    Oxunub:1493
Ölkə rəhbərliyi ordunun müdaxiləsinə qarşı olduğunu bəyan edib
Misir prezidenti Məhəmməd Mursi ordunun ultimatumunu rədd edib. Prezident administrasiyası bəyan edib ki, ölkə rəhbərliyinin yaranmış böhrandan çıxmaq üçün öz planları var və ordunun bu prosesə müdaxilə etməsi vəziyyəti yalnız pisləşdirəcək.

Xatırladaq ki, ötən gün Misir ordusunun rəhbərliyi ölkənin siyasi qüvvələrinə gərginləşməkdə olan böhrandan çıxış yolu tapmaq üçün 48 saat vaxt vermişdi.

AzVision.az


Teqlər:  





Xəbər lenti