Xorvatiya Avropa Birliyinə tam üzv oldu

Xorvatiya Avropa Birliyinə tam üzv oldu
  01 İyul 2013    Oxunub:1118
Avropa Birliyinə tam üzvlük üçün namizədliyini irəli sürən Xorvatiya artıq Avropa ailəsinin üzvüdür.
Bu gündən etibarən ölkə Birliyin 28-ci üzvü olacaq. Hadisə paytaxt Zaqrebdə gecə saatlarında böyük coşqu ilə qeyd edilib. Əvvəlcə Birliyin marşı çalınıb, ardınca xorvat musiqiçilərin konserti baş tutub. Mərasimdə söz alan ölkənin baş naziri Zoran Milanoviç bildirib ki, Xorvatiya Birliyə üzv olmağa tam layiqdir.

Birliyin prezidenti Herman van Romöy isə ölkə vətəndaşlarına "Hər zaman avropalı idiniz, bu gündən tam üzvüsünüz" deyə səslənib. Xorvatiya üzvlük məsələsi ilə bağlı bir sıra addımları dərhal atıb. Məsələn, Birliyə bu yaxınlarda üzv qəbul edilən Sloveniya ilə gömrük postlarını tamamilə aradan qaldırıb.

Qeyd edək ki, Xorvatiya iqtisadiyyatı Avropada ən zəif iqtisadiyyatlardan biri hesab edilir. İqtisadi göstəricilər son 5 ildə "Ölü nöqtə" adlanan həddi aşmayıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti