Obama Afrikanı enerji ilə təmin edəcək

Obama Afrikanı enerji ilə təmin edəcək
  01 İyul 2013    Oxunub:1143
ABŞ prezidenti Barak Obama Afrika ölkələrini elektrik enerjisi ilə təmin edəcək. Bu barədə “Agence France-Presse” bildirib.
Obama Afrikada elektrik enerjisinin inkişafı üçün 7 milyard dollar ayıracağına söz verib. Dövlət və özəl investisiyalar hesabına ayrılan pullar “Afrika enerjisi” proqramı (“Power Africa”) çərçivəsində həyata keçiriləcək.

Yardım Saxaradan cənubda yerləşən regionlar üçün nəzərdə tutulub. Eyni zamanda Efiopiya, Liberiya, Nigeriya, Tanzaniya və Qana dövlətləri də enerji ilə təmin olunacaq. Ağ Evin məlumatına görə, bu ölkələrdə əhalinin üçdə ikisi elektrik enerjisi olmadan yaşayır.

Ayrılmış vəsaitlə afrikalılar müxtəlif tipli elektrik stansiyaları və neft-qaz mədənləri tikəcəklər. Ehtimal olunur ki, elektrik enerjisinin inkişafı investorları Afrikaya cəlb edəcək.

AzVision.az


Teqlər:





Xəbər lenti