Xorvatiya Avropa İttifaqına üzv olacaq

Xorvatiya Avropa İttifaqına üzv olacaq
  29 İyun 2013    Oxunub:1362
Xorvatiya prezidenti İvo Yosipoviç bunu ölkəsinin böyük uğuru kimi dəyərləndirib
Türkiyə ilə birlikdə Avropa İttifaqı müzakirələrinə başlayan Xorvatiya iyulun 1-dən quruma üzv olacaq. Bu münasibətlə keçirilən tədbirdə çıxış edən Xorvatiya prezidenti İvo Yosipoviç bunu ölkəsinin böyük uğuru kimi dəyərləndirib. «Ancaq bu, artıq heç nə etməyəcəyimiz demək deyil. Dövlətimiz daha keyfiyyətli və daha yaxşı bir ölkə olması üçün fəaliyyətimizə davam edəcəyik. Avropalılıq, Avropaya aid olduğunu hiss etməkdir. Sadəcə kriteriyaları yerinə yetirmək deyil, həm də bu kriteriyaların dəyərini anlamaqdır», deyə prezident bildirib.


Teqlər:  





Xəbər lenti