Moskvada 1400-ə yaxın miqrant polis nəzarətində

  29 İyun 2013    Oxunub : 438
Moskvada 1400-ə yaxın miqrant polis nəzarətində
Rusiyanın paytaxtı Moskvada keçirilən əməliyyat zamanı, 1400-ə yaxın qanunsuz miqrant polis nəzarətinə götürülüb.
AzVision.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə açıqlama verən Moskva polisi buna səbəb kimi,miqrantların qeyri-sağlam həyat şəraitini və təhlükəsizlik tədbirlərinə əməl etməmələrini göstərib.

Rusiya DİN-i mühacirlərdən öz xeyirlərinə istifadə edən təşkilatlarla bağlı müvafiq qərarlar qəbul olunacağını və tədbirlər görüləcəyini bildirib.

Qeyd edək ki, nəzarətə götürülən miqrantlar arasında Tacikistan və Özbəkistan vətəndaşları üstünlük təşkil edir.

AzVision.az

Teqlər: