Türk seriallarının məşhurluğunun səbəbi

Türk seriallarının məşhurluğunun səbəbi
  28 İyun 2013    Oxunub:1579
BBC bu barədə araşdırma aparıb
BBC-də "Türk serialları Ərəb ölkələrində niyə məşhurdur?" mövzusunda məqalə dərc edilib. Məqalədə son illər çəkilən Gümüş", "Min bir gecə", "Aşkı-memnu", "Fatmagülün suçu nə?" və " Möhtəşəm yüz il" adlı türk seriallarının ərəb ölkərlərində geniş tamaşaçı kütləsi toplamasının səbəblərindən bəhs edilir.

Məqalədə bu yaxınlarda Türkiyənin Taksim Meydanında keçirilən nümayişdə caamaata dəstək çıxan, `Möhtəşəm Yüz İl` serialında sultan roluyla nəinki Türkiyədə, dünyanıınn bir neçə ölkləsində artıq kifayət qədər məşhurlaşan Halit Ergençin də adı çəkilir. Qeyd olunur ki, bu serialın xarici ölkələrdə satışından 130 milyon dollar əldə olunub.

Seriallar özünün maraqlı süjet xətti və məzmunu, peşakar və yaraşıqlı aktyor heyəti və çəkilişlərin tarixi məkanlarda aparılması səbəbindən çox millətli tamaşaçı auditoriyasının rəğbətini qazana bilib. "Aşkı-memnu" serialında Behlul obrazıyla tanınan, Türkiyədə ürəklərin fatehi Kıvanç Tatlıtuğa bənzəmək istəyənlrin çox olduğu qeyd olunur.

Yazıda digər türk serialı "Gümüş"-ün son seriyası ərəb ölkələrində 85 milyon insan tərəfindən izlənmişdi. Bildirilir ki, bu serialların hər biri nüfuzlu Ərəb kanalında yayımlanır, onların ərəb tamaşıçıları arasında rəğbət qazanması Türkiyə mədəniyyətinin onlara daha yaxın olmasıyla da izah edilir.

AzVision.az


Teqlər:  





Xəbər lenti