Eynşteynin “İncil”i satıldı

Eynşteynin “İncil”i satıldı
  29 İyun 2013    Oxunub:1416
Nobel mükafatı alan məşhur fizik Albert Eynşteynin imzaladığı “İncil” 68 min dollara satılıb.
AzVision.az xarici mətbuata istinadən məlumat verir ki, Nyu-Yorkda əl yazmaları və kitabların satışının təşkil edildiyi hərracda Eynşteyn və arvadının 1932-ci ildə imzaladığı “İncil” kitabı adı 68 min 500 dollara satılıb. Lakin kitabı alan şəxsin adı açıqlanmayıb.

Məşhur fizikin müqəddəs kitabın giriş hissəsinə - “ağıl, müdriklik və təsəllinin qaynağı olan “İncil”in bir neçə dəfə oxunması vacibdir” – cümləsini yazdığı bildirilib.

Eynşteynin imzaladığı “İncil” kitabını amerikalı dostu Harriet Hemiltona verdiyi bildirilir.

AzVision.az


Teqlər:  





Xəbər lenti