İqtidarla müxalifət tərəfdarları qarşı-qarşıya – VİDEO

İqtidarla müxalifət tərəfdarları qarşı-qarşıya – VİDEO
  28 İyun 2013    Oxunub:1381
Misirdə bir-birinə rəqib iqtidarla müxalifət kütləvi etirazlara başlayıb. İqtidar Misir prezidentini dəstəklədiyi halda, müxalifət onu istefaya göndərmək istəyir.
AzVision.az BBC-yə istinadən məlumat verir ki, Misirdə prezident Məhəmməd Mürsinin tərəfdarları iki gün mitinq edib. Mitinq qurtaran kimi prezidentə qarşı müxalifətin etirazları başlayıb. Belə ki, müxalifət Məhəmməd Mürsinin istefa verməsini tələb edir. Qeyd edək ki, dünənki etirazda bir nəfər ölüb və çoxlu sayda yaralananlar olub.

Etirazları yatırmaq üçün Misirin paytaxtı Qahirədə qoşun yerləşdirilib.

Mürsi bildirib ki, baş verən etiraz Misiri iflic edə bilər.

Xatırladaq ki, Mürsi 2012-ci ilin iyunun 30-da Misirin ilk islamçı prezidenti olub. Onun hakimiyyətinin ilk ili etirazlar və iqtisadiyyatın tənəzzülü ilə yadda qalıb.



AzVision.az


Teqlər:





Xəbər lenti