Ermənistan Azərbaycanın sərvətlərini talamağa davam edir

Ermənistan Azərbaycanın sərvətlərini talamağa davam edir
  28 İyun 2013    Oxunub:1146
Ermənistan işğal etdiyi Dağlıq Qarabağda daha iki filiz yatağını istismara verməyə hazırlaşır.

Bu barədə Qarabağda yayımlanan «Azat Artsax» qəzeti məlumat verib. Məlumata görə Ağdərənin Canyataq və Xocalı rayonunun Pircamal (Vardadzor) kəndi ərazisindəki yatağında hazırlıq işləri yekunlaşmaq üzrədir.

Hər iki mədənlərin istismarı üçün hazırlıq işlərinə ötən ilin sonlarında başlanıb.

Qeyd edək ki,ermənilərin hazırda istismar işləri apardıqları Kəlbəcərin Heyvalı (Drmbon) yatağında ehtiyatlar tükənib. Yeni yataqların istifadəyə verilməsi həm də elə bunula bağlıdır.

Onsuzda işsizliyin səviyyəsi yüksək olan Ermənistan həm işğal olunmuş torpaqlarda yeni yataqlar açmaqla həm yeni iş yerləri yaratmaq, bununla da vətəndaşlarının iş dalınca başqa ölkələrə getməsinin qarşısını az da olsa almaq məqsədi güdür.

Onu da qeyd edək ki, yataqları istismarı ilə məşğul olan Ermənistanın «Base Metal» şirkəti 2012-ci ildə Qarabağda mədən sənayesinə 85 milyon dollar sərmayə yatırıb.

Xatırladaq ki, ermənilər Dağlıq Qarabağda filiz yataqlarının, xüsusilə də qızıl yataqlarının istismarına 2002-ci ildə başlayıblar.

Səbinə Həsənova
AzVision.az



Teqlər:  





Xəbər lenti