Eyfel qapılarını açdı - VİDEO

Eyfel qapılarını açdı - VİDEO
  28 İyun 2013    Oxunub:1160
Fransanın paytaxtı Parisin simvoluna çevrilən Eyfel qülləsi qarşısında başlanan etiraz aksiyası başa çatıb.
AzVision.az xarici mətbuata istinadən məlumat verir ki, iş şəraitinin ağırlığına etiraz edən işçilərin iyunun 25-də başladığı tətil bu gün yekunlaşıb. İki gün davam edən tətilə görə Eyfel qülləsi ziyarətçilərin üzünə bağlanmışdı. Bu gün - tətil qurtardıqdan sonra Eyfel qülləsi qapılarını yenidən ziyarətçilərin üzünə açıb.

124 yaşlı Eyfel qülləsi hər gün 25 - 30 min ziyarətçi qəbul edir. Qüllədə təxminən 300 adam işləyir.



AzVision.az


Teqlər:





Xəbər lenti