Ermənistan Rusiyaya nota göndərə bilər

Ermənistan Rusiyaya nota göndərə bilər
  27 İyun 2013    Oxunub:1140
Yerevan Moskvadan Bakıya silah satışı ilə bağlı izahat tələb edir
İllərdir davam edən Dağlıq Qarabağ münaqişəsi səbəbindən Yerevan və Bakı arasındakı xırda fikir ayrılıqları böyük problemlərə çevrilir. Bu baxımdan Rusiyanın Azərbaycana silah satmasına Ermənistanın sərt reaksiyası təəccüblü deyil. Ermənistan mətbuatı belə yazır.

- Rusiya Azərbaycanı silahlandırmağa davam edir - deyə Ermənistanın müdafiə nazirinin mətbuat katibi Artsun Ovanisyan “İzvestiya”ya bildirib, - bunu iyunun 26-da Bakıda Hərbi Qüvvələrin paradında da gördük.

`Bəzi məlumatlara görə Rusiya ilə Azərbaycan arasında müqavilənin dəyəri 1 milyard dollardır. Rusiyanın bu addımı Ermənistanın narazılığına səbəb olub. Biz Rusiyaya qanunverici orqan səviyyəsində müraciət göndərmək niyyətindəyik. Bu məsələnin motivlərini və Rusiyanın məqsədini bilmək istəyirik` – deyə parlamentdə müdafiə, təhlükəsizlik və daxili işlər üzrə komissiyanın rəhbəri Koryun Naapetyan bildirib.

Ermənistan, Azərbaycana silah satışı məsələsini Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ölkələrinin parlamentinin müdafiə və təhlükəsizlik komissiyaları rəhbərlərinin sentyabrda keçiriləcək iclasında ,eləcə də təşkilatın oktyabrda Yerevanda keçiriləcək toplantısında müzakirəyə çıxarmağı planlaşdırıb.

“ Biz başa düşə bilmirik ki, Rusiyanı belə bir müqavilə imzalamağa nə vadar edib. Rusiya üçün prioritet olan nədir? -Təkcə kommersiya marağımı, yoxsa başqa maraqlar da var?`- Naapetyan qeyd edib.

Ermənistanın daha radikal təklifləri də səslənməkdədir. Belə ki, Modus Vivendi analitik mərkəzinin rəhbəri, Ermənistanın Kanadadakı keçmiş səfiri Ara Papyan , Ermənistan XİN-i Rusiyaya nota göndərməyə çağırıb. Nazirlik məsələyə baxmağa söz verib.

Ermənistanın əsas narahatlığı regionda hərbi balansın Azərbaycanın xeyrinə dəyişəcəyindən narahatdır.

Səbinə Həsənova
AzVision.az



Teqlər:





Xəbər lenti