Ancelina Coli BMT-ni seksual zorakılıqla mübarizəyə çağırdı

Ancelina Coli BMT-ni seksual zorakılıqla mübarizəyə çağırdı
  25 İyun 2013    Oxunub:1178
Hollivud aktrisası Ancelina Coli BMT-nin Təhlükəsizlik Şurasını (TŞ) silahlı münaqişə şəraitində seksual zorakılıq probleminə diqqət ayırmağa çağırıb.
2001-ci ildən BMT-nin Qaçqınların işi üzrə Ali Komissarlığının xoşməramlı səfiri TŞ-nin Birləşmiş Krallığın sədrliyi ilə keçirilən açıq müzakirələrində çıxış edib.

“Zorlama - insanlığa qarşı təcavüz və cinayət aktıdır. O, həyatları məhv edir və münaqişələri alovlandırır” - Ancelina Coli bildirib. AzVision.az xarici mətbuata istinadən məlumat verir ki, aktrisa xatırladıb ki, beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasında TŞ məsuliyyət daşıyır.

“Əgər bu cinayət baş verərsə, demək buna siz yol verirsiniz. Standartları siz verirsiniz. Əgər TŞ münaqişə şəraitində seksual zorakılıq məsələsini qabardarsa, onda müəyyən irəliləyişin əldə olunması mümkündür. Yox əgər siz hərəkətsiz dayansanız, dəhşətlər davam edəcək” – Coli Şuranın üzv olan 15 dövlətinə xəbərdarlıq edib.

BMT-nin baş katibi Ban Ki mun iclasın açılışında çıxış edərkən Colinin təşəbbüsünü yüksək qiymətləndirdiyini və onu dəstəklədiyini qeyd edib. Baş katibin sözlərinə görə, son dövrlərdə Coli bir neçə dəfə İordaniya, Livan və Türkiyədə yerləşən Suriya qaçqınlarının düşərgələrinə baş çəkib, milyonlarla qadın və uşağa mənəvi dəstək olub.

AzVision.az


Teqlər:





Xəbər lenti