Azərbaycanlı oğlanla erməni qızdan serial çəkiləcək

Azərbaycanlı oğlanla erməni qızdan serial çəkiləcək
  25 İyun 2013    Oxunub:1293
Serial azərbaycanlı oğlanla, erməni qızın eşqindən bəhs edəcək
Türkiyədə bir müddətdir gündəmdən düşməyən tanınmış aktrisa Məryəm Uzərli ilə bağlı yeni iddialar yayılıb. “Möhtəşəm yüzil” serialından ayrılaraq müalicə olunmaq üçün Almaniyaya gedən Məryəm Uzərlinin məşhur aktyor Kıvanc Tatlıtuğ ilə eyni serialda rol alacağı bildirilir.

İddiaya görə, “Ay Yapım” şirkəti iki məşhur ulduzu eyni seriala çəkmək üçün danışıqlara başlayıb. Serialda azərbaycanlı oğlanla, erməni qızın eşqindən bəhs olunacaq.

Çəkilişlərinə 2014-cü ilin fevral ayında başlanılacaq serialın sentyabrda “Kanal D”-də yayımlanması planlaşdırılır.


Teqlər:  





Xəbər lenti