Facebook “FEMEN”ə qadağa qoydu

Facebook “FEMEN”ə qadağa qoydu
  24 İyun 2013    Oxunub:1336
“Facebook” sosial şəbəkəsində qalmaqallı “FEMEN” qadın hərəkatının əsas səhifəsi bloka salınıb. “FEMEN” səhifəsinin bağlanmasına pornoqrafiya və fahişəliyin yayılması səbəb gətirilib. Hərəkatın aktivistləri isə bu ittihamları inkar ediblər.
AzVision.az xarici mətbuata istinadən məlumat verir ki, “FEMEN” hərəkatı bildirib ki, qeyd olunan fakt hərəkata qarşı müxtəlif irticaçı qrupların elan etdiyi internet müharibəsinin məntiqi davamıdır. Bu qruplara Avropa faşistləri və keçmiş Sovet diktaturasının islamçıları daxildir. “FEMEN” səhifəsi bağlandığı üçün “Facebook” şirkətinə şikayət edib və hadisəni araşdırmağı tələb edib.

Qeyd edək ki, “FEMEN” hərəkatı qalmaqallı çılpaq aksiyaları ilə məşhurlaşıb. Hərəkatın yarıçılpaq qızları tez-tez yüksək vəzifəli siyasətçiləri hədəf seçirlər. Bu yaxınlarda hərəkatın aktivistləri Barak Obamaya hücüm etməyə çalışmış və Fransa prezidenti Fransua Ollandın qarşısında soyunmuşlar. Bundan başqa, Almaniya kansleri Angela Merkel, Vladimir Putin və İtaliyanın keçmiş baş naziri Silvio Berluskoni “hücuma” məruz qalanlar arasındadırlar.

AzVision.az


Teqlər:  





Xəbər lenti