Üsyançılar yeni silahlar aldı

  22 İyun 2013    Oxunub : 548
Üsyançılar yeni silahlar aldı
Suriya üsyançıları yeni silahlar aldıqlarını söyləyiblər. Onların sözlərinə görə, bu silahlar ölkədə davam edən vətəndaş müharibəsində dəyişikliyə gətirib çıxaracaq.
AzVision.az BBC-yə istinadən məlumat verir ki, Azad Suriya ordusunun sözçüsü silahlar barədə məlumatın təfərrüatlarını açıqlamayıb. Silahların ABŞ tərəfindən göndərilmədiyi məlumdur.

Qeyd edək ki, keçən həftə ABŞ Suriyaya hərbi yardım göstərəcəyini söyləmişdi. Artıq silahlar Azad Suriya ordusu tərəfindən cəbhə xətlərinə paylaşdırılır.

Azad Suriya ordusu bildirib ki, silahların bəzisi onların xahişi ilə göndərilib və döyüşün taleyində dəyişiklik edəcək. Silahlar yalnız bir hədəfə - Bəşər Əsədə qarşı istifadə olunacaq.

AzVision.az

Teqlər: