Əsəd Türkiyəni BMT-yə şikayət etdi

Əsəd Türkiyəni BMT-yə şikayət etdi
  22 İyun 2013    Oxunub:1133
Suriyanın Xarici İşlər Nazirliyi BMT-nin Baş katibi və Təhlükəsizlik Şurasına şikayət məktubu göndərib
Suriya rejimi Türkiyə, Səudiyyə Ərəbistan, Qətər və Misiri terrorist adlandırdığı müxalifəti dəstəklədiyi və “regionda sülh və təhlükəsizliyi təhlükə altında qoyma” iddiası ilə BMT-yə şikayət edib. AzVision.az Suriyanın rəsmi xəbər agentliyinə istinadən xəbər verir ki, Suriyanın Xarici İşlər Nazirliyi BMT-nin Baş katibi və Təhlükəsizlik Şurasına şikayət məktubu göndərib.

Məktubda bildirilir ki, bir çox ölkədəki müsəlman din alimləri insanları terrora təşviq edirlər. Nazirlik Dünya Müsəlman Alimlər Birliyinin rəhbəri Yusif Əl Qardavi, Səudiyyə Ərəbistanlı vaiz Məhəmməd Əl Ureyfi və Əbdüləziz Abdullah Əli Əş Şeyx, Misir Sünni Alimlər Birliyinin rəhbəri Safvet Hicazi, Misirli vaiz Məhəmməd Hassan, Küveytli Şafi Sultan əl-Acemi kimi şəxslərin adını çəkərək, onların Əl Qaidə terror təşkilatına və digər buna bənzər təşkilatlara xidmət etdiyini iddia edib. Suriya rejimi şikayət məktubunda həmin din adamlarının arxasında Türkiyə, Qətər, Səudiyyə Ərəbistan və Misirin olduğunu bildirib.

Sevinc İltifatqızı



Teqlər:  





Xəbər lenti